26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Bakıdakı "Formula 1" yarışlarından götürülmüş ümumi gəlirin məbləği açıqlanıb

İndiyədək Bakıda keçirilmiş "Formula 1" yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə PwC audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilir. Hesabatda yekun məbləğ yarışlar ərəfəsində "Formula 1"lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
 
Ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşür. 113,1 milyon dollarlıq dolayı gəlirlər içərisində isə ən çox - 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidir.
 
Qeyd edək ki, Bakıda üçüncü dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi bu il 27 - 29 apreldə təşkil olunacaq.

report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30