26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Azərbaycan cüdoçusu Abu-Dabi beynəlxalq turnirində gümüş medal qazandı

Dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30