26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Polşanın baş məşqçisi: "Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu"

Qadınlardan ibarət Polşanın voleybol yığmasının baş məşqçisi Yatsek Navrotski Avropa çempionatında Azərbaycandan alınan 0:3 hesablı məğlubiyyəti şərh edib.
 
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis bu cür nəticəni gözləmədiyini gizlətməyib. 
 
- Azərbaycan millisinə 0:3 uduzdunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
 
- Sizin komandanız bu gün hücumda çox fəal idi. Xüsusən də servisləriniz yaxşı alındı. III setdə qalib gəlmək şanslarımız vardı. Ancaq bu şansdan yararlana bilmədik.
 
- Polşa bu turnirin favoritlərindən biri hesab olunur. Rəqibinizdən 1 set ala bilməməyiniz sırf nə ilə bağlıdır?
 
- Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu. Ancaq ötən illə müqayisədə, bizim heyətimizdə dəyişikliklər var. Bəzi oyunçularımız yenidir. Hər matç bu üzdən bizim üçün çox ağır keçir.
 
- Deyəsən, oyun zamanı hakimin bəzi qərarlarından narazı qalmısınız...
 
- Bu elə bir önəm kəsb etmir. Hakim qərarları oyunun bir hissəsidir. Sadəcə, bəzi epizodlarda qərarlara özündən asılı olmadan əsəbi reaksiya verməli olursan. Oyunu biz özümüzə görə uduzmuşuq, hakimə görə yox.
 
- Turnirin finalı üçün hansı komandaları favorit görürsünüz?
 
- Rusiya, Serbiya, Hollandiya. Ancaq ola bilsin ki, Azərbaycan və Türkiyə də finala çıxsın. Bununla belə, İtaliya millisini də unutmamalıyıq. Onlar da çox güclüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30