26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Rəcəbov reytinq cədvəlində irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, iyulun yekunlarının da nəzərə alındığı avqust cədvəlinin “Top-100”ündə Azərbaycanın 4 qrossmeysteri yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. 32 yaşlı şahmatçının reytinq xalı azalıb. 3 xal itirən Şəhriyar 2787 xalla 6-cı sırada qərarlaşıb. Mövqeyini qoruyan həmyerlimiz Maqnus Karlsen (Norveç, 2822), Uesli So (ABŞ, 2810), Fabiano Karuana (ABŞ, 2807), Vladimir Kramnik (Rusiya, 2803) və Levon Aronyandan (Ermənistan, 2799) geri qalır.

Yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 22-ci (2742), Arkadi Naydiç 35-ci (2710), Rauf Məmmədov 63-cü (2680) yerdə qərarlaşıb. Teymur 10, Arkadi 3 pillə irəliləyib. Rauf isə mövqeyində qalıb. Qədir Hüseynov “Top-100”ə daxil olub. Onun hesabında 2654 xal var.

Qadınların cədvəlində ən güclülər arasında təmsilçilərimizdən yalnız Günay Məmmədzadə yer alıb. O, 2393 xalla 71-cidi. Şahmatçımız 2 pillə irəliləyib. Bu siyahıya isə yenə çinli Yifan Hou (2652) başçılıq edir.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30