26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Yığmamız Gürcüstana gedir

6-7 iyun tarixdə Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edəcək.
 
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.
 
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqoviniyada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30