Digər idman növləri
İslamiada: Qadın güləşçilərimizdən 4 qızıl medal
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.
Güləş yarışlarının son günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
Mariya Stadnik (48 kq) ilk görüşündə vaxtından əvvəl 34 saniyə ərzində tam üstünlüklə Əlcəzairdən olan rəqibi Keyira Çairma Yahiaoi üzərində qələbə qazanıb. Növbəti görüşünü axşam saatlarında aparacaq. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhanı da məğlub edib və qızıl medal qazanıb.
53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
55 kq çəkidə Natalya Sinişin ilk görüşündə Qazaxstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ardınca Nigeriya idmançısına uduzub. Güləşçimiz son görüşündə Türkiyə təmsilçisi Bediha Günə qalib gələrək gümüş medala yiyələnib.
Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurdu. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.
Tatyana Omelçenko (60 kq) ilk görüşündə Kamerunlu Tiako Essombeni, final xarakterli görüşdə isə Türkiyə idmançısı Gamze Nur Adakanı məğlub edərək qızıl medala sahib olub.
Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Yarımfinalda məğlub olan Elmira bürünc medal uğrunda görüşə çıxıb. Kamerun idmançısına qalib gələn Elmira Qəmbərova bürünc medala yiyələnib.
69 kq çəkidə mübarizə aparan Elis Manolova Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Qazaxstan təmsilçisinə qalib gələn güləşçimiz qızıl medala sahib olub.
Səbirə Əliyeva (75 kq) keçirdiyi görüşlərdən ikisində tam üstünlüklə qalib gəlib, iki görüşdə uduzub. Bu nəticə ilə güləşçimiz gümüş medala yiyələnib.
Qeyd edək ki, qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva təqdim edib.
48 kq
1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik 0:10
2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR) 10:0
53 kq
1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR) 4:0 (tuşe)
2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova 0:8
55 kq
1-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin 0:5 (tuşe)
2-ci dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin 6:2
3-cü dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin 3:7
58 kq
1-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik 6:14
2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KGZ) 2:5
60 kq
1-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko 0:6 (tuşe)
2-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR) 4:0 (tuşe)
63 kq
Bürünc medal görüşü - B.Etane Ngolle (CMR) - Elmira Qəmbərova 0:8
1/2 final - Elmira Qəmbərova - B.Oborududu (NGR) 0:4
69 kq
FİNAL - Z.Bakbergenova (KAZ) - Elis Manolova 0:8 (tuşe)
1/2 final - Elis Manolova - Buse Tosun (TUR) 5:0 (tuşe)
1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR) 6:0 (tuşe)
75 kq
1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva 6:8 (tuşe)
2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY) 0:5
3-cü dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva 4:8 (tuşe)
4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:2
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı