26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "19-cu gedişdən sonra Kramnikin əhvalı korlandı"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində VI tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Synergy Group-un təşkil etdiyi XXI kateqoriyalı superturnirin VI turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla sabiq dünya çempionu Vladimir Kramniki məğlub edib. 6 saat 22 dəqiqə davam edən görüşün sonunda rusiyalı şahmatçı təslim olub.

Turnirin mətbuat xidməti xəbər verir ki, partiyadan sonra Şəhriyar Məmmədyarov mətbuat konfransında iştirak edib. Sumqayıt şahmat məktəbinin yetirməsi oyunun onun üçün yaxşı başlamadığını deyib: "Debütdən sonra hər şey rəqibin xeyrinə oldu. Fiqurlarım pis vəziyyətdə idi. Ağ fiqurlar üstünlük qazanmışdı. Vəziyyəti daha da inkişaf etdirmək olardı. 19-cu gedişdə rəqib səhvə yol verdi. Fikrimcə bundan sonra Kramnikin əhvalı korlandı. Bu gediş oyunda dönüş nöqtəsi yaratdı.

19-cu gedişdən sonra ağlar üstünlüyü itirdi. Bu vəziyyətdə fərqli gedişlərlə vəziyyəti sınamaq qərarına gəldim. Rəqibin piyadasını götürəndən sonra udmağa şansım yarandı. Vladimir Kramnik çox güclü şahmatçıdır. Etiraf edim ki, asan oyun olmadı. Sona qədər mübarizə apardı. Rəqib təslim olmaq barədə düşünmək istəmirdi. Ona görə partiya 6 saatdan çox davam etdi".

Son 3 tur ərəfəsində Məmmədyarov yekun barədə danışmaq istəmədiyini bildirib. Onun fikrincə, növbəti 3 tur həlledici olacaq.

Bu qələbədən sonra Şəhriyar Məmmədyarov 4.5 xalla ShamkirChess 2017 turnirində vahid liderdir. Ən yaxın izləyicilər 2-4-cü yerləri bölüşdürən Maykl Adams, Uesli So və Veselin Topalovun 3.5 xalı var.

Qeyd edək ki, Məmmədyarova qarşı 6 saatdan çox mübarizə aparan 14-cü dünya çempionu Vladimir Kramnik xəstələndiyinə görə mətbuat konfransında iştirak etməyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30