26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Birinci Hindistanda, sonra bizdə

Martın 25-26-da Bakıda, Şağan Olimpiya İdman Kompleksində kempo üzrə ikinci Asiya oyunları təşkil ediləcək. 
 
Futbolxeber.az saytının məlumatına görə, yarış Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, Beynəlxalq Kempo Federasiyasının ölkəmizdə səlahiyyətli nümayəndəsi "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilir. Azərbaycan Kempo Federasiyasından bildirilib ki, yarış Kempo Full, Kempo Submişn Gi, Submişn NoGi, Semi, Self Defens, Kata versiyaları üzrə keçiriləcək.
 
Yarışın rəsmi açılış mərasimi martın 25-də saat 14.30-da Şağan Olimpiya İdman Kompleksində olacaq. Yarışda Əfqanıstan, Hindistan, Çin, Pakistan, Gürcüstan, Qazaxıstan və İran idmançılarının iştirakı gözlənilir.
 
Birinci Asiya oyunları ötən il Hindistanda keçirilib. Azərbaycan bu tədbiri ikinci olaraq öz üzərinə götürüb. Bu yarış Asiya kempoçuları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə kömək edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30