26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Yığmamız Hollandiyada 10 medal qazandı

Hollandiyanın Eindhoven şəhərində keçirilən “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.
 
-45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (-54 kq), Məhəmməd Məmmədov (-63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçumuz Darya Şkurko (-62 kq) finala yüksəlsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
 
Xatırladaq ki, yarışın ilk günü  böyüklər arasında mübarizədə Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (-67 kq) qızıl, Ayxan Tağızadə (-68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (-51 kq) gümüş, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olmuşdur.
 
Beləliklə, milli komandalarımız İki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc, ümumilikdə 10 medalla başa vurdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30