26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Yığmamızın üzvü Bolqarıstanda 3-cü oldu

Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü Ayla Rzazadə (-54 kq) Avropa üçüncüsü olub. Futbolxeber.az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatının birinci günü bürünc medal qazanan Rzazadə, ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoyub.
 
14-15 yaşlıların yarışında Tale (-52 kq) və Tural Yaqubov (-63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25ci yerləri bölüşür. 
 
Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-18 gənclər və 21 yaşadək idmançılar arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30