26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Qəbələ”: “MMA FIGHTING SERIES-3”də 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən 3-cü yarış Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) təşkil olunub.

“Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, “Qəbələ” İdman Klubu və “TT Fight Club”un dəstəyi ilə keçirilən turnirdə 15 döyüş baş tutub.

Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstan idmançılarının qüvvələrini sınadığı yarışda “Qəbələ”nin 4 təmsilçisi də rinqə çıxıb.

Onlardan üçü növbəti qələbə qazanıb. 84 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Abbasov iranlı Əli Əhmədvəndlə görüşdə qalib gəlib. 1-ci raundda rəqibini nokauta salan idmançımıza 1 dəqiqə 50 saniyə kifayət edib.

70 kq çəki dərəcəsində qüvvəsini sınayan Nəriman Abbasov da qələbəni ilk raundda əldə edib. O, iranlı Səccao Məhamədini 1 dəqiqə 45 saniyəyə üstələyib.

77 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev isə gürcüstanlı Aslan Qorqişvilidən güclü olub. Döyüşçümüz iki raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gəlib.

Təmsilçilərimiz arasında yeganə məğlubiyyəti 66 kq çəki dərəcəsində çıxış edən Fuad Musayev alıb. O, ölkəmizin digər təmsilçisi Ziyadxan Sadiyevə məğlub olub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30