26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Vassoura: “Bu, son deyil, məqsədimiz daha da irəli getməkdir”

Futzal üzrə milli komandamızın üzvü Oliveira Villiams De Naskimento, qısaca Vassoura Futbolxeber.az saytına müsahibə verib. 

- Dünya çempionatında qrup mərhələsinin son turunda İranla qarşılaşdınız. 3:3 hesabı ilə yekunlaşan görüş barədə nə deyə bilərsən?

- Oyun çox çətin alındı. Əvvəldən də belə olacağını bilirdik. Rəqib çox güclü idi. Üstəlik, bizi heç-heçə də qane etdiyi halda, İran yığması mütləq qələbə qazanmaq istəyirdi. Buna görə də bütün güclərini meydanda qoydular. Biz də zəif olmadığımızı göstərdik. Sona qədər mübarizə apararaq, lazımi nəticəni qazandıq.

- Sanki ikinci hissədə millimiz daha yaxşı təsir bağışladı...

- Heyətdə bir qədər itkilərimiz var. Razıyam ki, ikinci hissədə daha yaxçı oynadıq. Fərqlənmək üçün daha çox şansımız oldu. Lakin qol epizodlarını dəyərləndirə bilmədik.

- Azərbaycan millisi tarixində ilk dəfə qatıldığı dünya çempionatında qrup ikincisi kimi 1/8 finala yüksəldi. Millimizin uğurunun əsas sirri nədədir?

- Təxminən 2 ay əvvəl gərgin məşqlərə başladıq. Bizi nə gözlədiyini bilirdik. Ona görə durmadan çalışırdıq. Əsas gücümüz birliyimizdədir. Komandamızda braziliyalı, azərbaycanlı söhbəti yoxdur. Hər kəsin bir məqsədi var - Azərbaycan yığması uğur qazansın. Çıxışımız hələ ki yaxşı alınır. Əlimizdən gələni edəcəyik ki, bundan sonra da uğurlarımızın ardı gəlsin.

- Əvvəlki oyunlardan öncə oğlunla telefonla danışmışdın və hər iki matçda fərqlənmişdin. Bu dəfə meydanı qolszu tərk etdin. Deyəsən, oğlunla danışmamısan...

- (Gülür). Hə, bu dəfə telefonla danışmadıq. Yəqin elə buna görə də qol vura bilmədim. Amma bu, elə də önəmli deyil. Əsas odur ki komandamız istəyinə çatdı. Yığmanın uğuru hər şeydən önəmlidir.

- 1/8 finalda qarşılaşacağımız Tailandla görüşdən nə gözləyirsən?

- Çətin olacaq. Rəqib yaxşı komandadır. Lakin biz istənilən rəqibə qarşı oynamağa hazırıq. Yenə də gücümüzü göstərəcəyik.

- Azərbaycan millisini 1/4 finalda görə biləcəyik?

- Bunun üçün şansımız var. Meydandakı mübarizəyə hazırıq. Təbii ki, 1/4 finala vəsiqə qazanacaq gücdəyik. Hazırda 1/8 finaldayıq. Bu, son deyil. Məqsədimiz daha da irəli getməkdir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30