26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

“İnanıram ki, millimiz dünya çempionatında 1/4 finala qədər irəliləyəcək” LAYİHƏ

Sahə Futbol Federasiyasının prezidenti Mahir Məmmədov futzal üzrə dünya çempionatında mübarizə aparan milli komandamızın çıxışını dəyərləndirib.

Futbolxeber.az saytına müsahibəsində Mahir Məmmədov ilk öncə yığmamızın mundiala vəsiqə əldə etməklə tarixi uğura nail olduğunu söyləyib: “İlk növbədə onu qeyd etmək istərdim ki, futzal millimiz dünya çempionatına yüksəlməklə tarixi uğura imza atdı. Bu, Azərbaycan futzalının, AFFA-nın, qurumun rəhbəri Rövnəq Abdullayevin uğurudur. Yığmamız buna qədər bir neçə Avropa çempionatında çıxış edib. Bu dəfə isə dünya çempionatına vəsiqə qazanmışıq. Futzalçılarımızın bu tarixi nailiyyəti hər birimizi sevindirir”.

Futzal Federasiyasının üzvü olduğu Sahə Futbol Federasiyasının rəhbəri yığmamızın mundialdakı debüt oyununu belə dəyərləndirib: “Millimiz dünya çempionatına uğurla başladı. Mərakeşlə görüşdə komandamız böyükhesablı qələbə qazandı. Rəqib heç də zəif deyildi. Mərakeş Afrika çempionudur. Qitə çempionu olan komanda heç vaxt zəif ola bilməz. Görüşün əvvəli gərgin alındı. Lakin sonradan komandamız üstünlüyü ələ aldı. Hesabı açdıqdan sonra futzalçılarımız daha inamlı təsir bağışladılar. Ard-arda vurulan qollar da buna sübutdur. Komandamız yaxaladığı şansları dəyərləndirdi və 5:0 hesablı qələbə qazandı. Mundiala belə bir qələbə ilə start vermək çox xoşdur. İndi bu uğurun ardını gətirməliyik”.

Mahir Məmmədov Azərbaycan yığmasınının mundialdakı uğurlu çıxışını davam etdirəcəyinə inanır: “Milli komandamız çox güclü qrupda yer alıb. Rəqiblərin hər biri öz qitəsinin çempiondur. Bununla belə, rəqiblərin adları komandamız üçün problem deyil. İnanırıq ki yığmamız ilk oyundakı kimi digər matçlarda da sərfəli nəticə qazanacaq. İkinci rəqibimiz İspaniyadır. Bu komanda barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. İspaniya Braziliya ilə yanaşı dünya çempionu olmağı bacarmış yeganə komandadır. 2 dəfə dünya çempionu olan ispanlar, həm də son Avropa çempionudurlar. Rəqibin gücü məlumdur. İstənilən halda, komandamızın İspaniyaya qarşı müqavimət göstərəcəyinə inanıram. Bu matçda yığmamızın ən azı heç-heçə edə biləcəyini düşünürəm”.

Mahir Məmmədov millimizi dünya çempionatında ən yaxşı 8 komanda arasında görür: “Millimizin qrupda son rəqibi İran olacaq. Asiya çempionu olan iranlılar da yığmamız üçün ciddi rəqibdir. Lakin mən futzalçılarımızın İrana qalib gələcəyinə inanıram. İnanıram ki, millimiz nəinki 1/8 finala, hətta 1/4 finala qədər irəliləyəcək. Futzalçılarımızın dünya çempionatına hazırlıqları yüksək səviyyədə olub. İlk görüşdə gözəl qələbə qazanmaqla komandamız etimadı doğrultdu. İndi bu uğurun ardını gətirmək lazımdır”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30