26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Bakı Şahmat Olimpiadası jurnalistləri mükafatlandırdı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının sonuncu turunda media nümayəndələrinin mükafatlandırılma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə açıb. O, ölkəmizdə təşkil olunan mötəbər yarışa KİV tərəfindən böyük maraq olduğunu bildirib.

Şəfizadə qeyd edib ki, yarışın “Facebook” səhifəsinin 20 mindən artıq üzvü var: “Hər gün rəsmi səhifəni 200 mindən çox adam ziyarət edir. 8-ci turdan sonra açıqlanan rəqəmlərə görə canlı yayımı 4 milyondan çox insan izləyib. Olimpiada çərçivəsində 61 mətbuat konfransı təşkil olunub. Konfranslar zamanı yerli mətbuat orqanları daha fəal çalışıblar. Bu səbəbdən də digər olimpiadalardan fərqli olaraq Bakıda ilk dəfə mətbuat işçilərinin əməyi qiymətləndirilib”.

Ardınca Şəfizadə yarışları yüksək dəqiqlik və operativliklə işıqlandıran media nümayəndələrini mükafatlandırıb. Jurnalistlərə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, mükafatlandırılan media nümayəndələri arasında Futbolxeber.az saytının əməkdaşı da olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30