26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Aniş Qiri: “Bakı bulvarı məni özünə cəlb edir”

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının IV turunda İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Hollandiya millisi 4 turdan sonra maksimum nəticə göstərməklə üçüncü pillədə qərarlaşıb. Futbolxeber.az saytının məlumatına görə, İngiltərə ilə görüşdə yalnız birinci lövhədə yarışan Aniş Qiri Maykl Adamsla heç-heçə edib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mətbuat konfransında iştirak edən Aniş Qiri komandasının ilk 4 turdakı çıxışını belə dəyərləndirib: “Hollandiya Olimpiadanın favoriti hesab olunmur. Biz ilk 4 turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadır. Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadır”.

Hollandiya yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə də danışıb: “Ötən il Bakıda keçirilən dünya kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçəri Şəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. İnsanların piyada gəzməsi, ilk növbədə Bakı Bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam”.

Hollandiya millisi Bakıda keçirilən olimpiadada Vladimir Tukmakovun rəhbərliyi altında çıxış edir. Bu mütəxəssis isə Giriyə tanışdır. Çünki vaxtı ilə onun da çıxış etdiyi “SOCAR-Azerbaijan” komandasının kapitanı Tukmakovdur: “Klub və millidəki iş fərqlidir. “SOCAR-Azerbaijan”ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdır”. 

Giri hazırda 3 ölkə - Hollandiya, Rusiya və Gürcüstanda yaşayır. Sonuncu ölkənin seçilməsi təsadüf deyil. Çünki Aniş Girinin həyat yoldaşı gürcüstanlı şahmatçı Sofiko Quramişvilidir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30