26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Dünya çempionatında məqsədimiz qrupdan çıxmaqdı” LAYİHƏ

Futbolxeber.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futzalı: dünən və bu gün - dünya çempionatı ərəfəsində” istiqaməti üzrə qalib olan mövzunu davam etdirir. Bu dəfə dünya çempionatına hazırlıqlarını davam etdirən yığmamızın baş məşqçisi Milton Luiz Ziller Junior və ya qısaca Miltinyo ilə söhbətləşdik.

- 1 aydan çoxdur ki, milli komandamız sizin rəhbərliyiniz altında dünya çempionatına hazırlaşır. Məşqlər necə keçir?

- Mümkün olan hər saatdan, hər dəqiqədən yararlanmağa çalışırıq. Komandamız dünya çempionatına qədər tam hazır olmalıdır. Bunun üçün səylə çalışırıq. Oyun planında müəyyən çatışmazlıqlarımız var. Bütün bunları yoluna qoymalıyıq. Daha əvvəl fiziki hazırlığın yüksəldilməsinə çalışırdıq. İndi isə taktiki hazırlıqlar üzərində işləyirik.

- Hazırlıq üçün yaradılan şərait sizi qane edir?

- Şəraitdən tam razıyıq. Hər şey əladır. Nədənsə şikayətlənə bilmərik. Çatışmayan yalnız yoxlama oyunlarıdı. Belə olacağını da əvvəldən bilirdim. Çünki bildirilmişdi ki, indiki məqamda rəqib tapmaq çətindi. Əksər komandalar iyuldan məşqlərə başlayıb. Bəziləri ilə danışıqlar aparsaq da, alınmadı. Rəqiblər oyun keçirməkdən imtina etdilər. Əvəzində ikitərəfli oyunlarla bu boşluğu aradan qaldırmağa çalışırıq. Hər məşqdə, hər oyunda komanda üzvlərindən məsuliyyət tələbə olunur.

- Oyunçuların səviyyəsi sizi razı salır?

- Heyətdəki oyunçulardan ciddi şəkildə gileylənə bilmərəm. Komanda hazırda yaxşı dövrünü keçirir. Oyunçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Çalışırıq ki, dünya çempionatında qarşımıza çıxa biləcək hər sürprizə hazır olaq.

- Bu heyətlə dünya çempionatında nəyə nail olmaq olar?

- Hər kəs bilir ki, çox güclü qrupda yer almışıq. İspaniyanın gücü məlumdur. İran tanınmış yığma, güclü rəqibdi. Mərakeş də diqqət etməli olduğumuz rəqibdir. Bu komandaya İran və İspaniyadan az diqqət ayıra bilmərik. Rəqiblər hər nə qədər güclü olsalar da, uğur qazanmağa çalışacağıq.

- Aydın məsələdir ki, püşkdə bəxtimiz gətirməyib. Amma təqvimi komandamız üçün uğurlu saymaq mümkündür? Hər halda ilk oyunda Mərakeşi məğlub etmək çətin olmamalıdır.

- Mərakeş tanınmış komanda deyil. Bu baxımdan onlar haqda məlumat toplamaq da çətindi. İstənilən halda, Mərakeşdən təhlükə gözləmək olar. Həm də dünya çempionatına vəsiqə qazanıblarsa, deməli nəsə bacarırlar. Biz rəqiblərə eyni gözlə baxmalı, hörmətlə yanaşmalıyıq.

- Federasiya rəhbərliyi dünya çempionatı üçün qarşınıza hansı vəzifəni qoyub?

- İlk məqsəd qrupdan çıxmaqdı. Buna addım-addım yaxınlaşmalıyıq. Əvvəlcə ilk oyunu udmalıyıq. Sonra qrupu keçmək üçün lazım olan xalları toplamalıyıq. Hər oyundan sonra növbəti görüşü düşünmək lazımdı. Rəhbərlik qarşımıza qrupdan çıxmaq tapşırığı qoyub. Bunun öhdəsindən gələcəyimizə inanırıq.

- Millimiz qrupu ikinci yerə başa vuracağı halda, növbəti mərhələdə Braziliya ilə qarşılaşmaq ehtimalı var. Kolumbiyada həmyerlilərinizlə üz-üz gəlmək istərdiniz?

- Braziliya da turnirin favoritlərdən biridir. Amma mən rəqiblər arasında heç bir fərq qoymuram. Braziliya mənim vətənim olsa da, bu yığmanı da mundialın digər iştirakçıları kimi görürəm. Braziliya ilə qarşılaşsaq, bu, bizim üçün böyük stimul olacaq. Hər şeyə hazır olmalıyıq. Heç kimdən çəkinmirik. Eyni zamanda rəqiblərin hər birinə də hörmətlə yanaşırıq.

Söhbətləşdi: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30