11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Digər idman növləri

Slovakiyada uğurlu gün

Ölkəmizin "Synergy Baku" kontinental komandasının 5 üzvü Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turunda mübarizə aparır. Futbolxeber.az saytının məlumatına görə, yarışın dağ mərhələsi sayılan 2-ci günündə  komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini 2-ci keçib.

170 km məsafəni İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən 2-ci olub - 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib.

23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunur. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar yarışın ən uzun məsafəsini qət edəcəklər - 193 km. Sayca 60-cı dəfə keçiriən Slovakiya Turuna iyunun 12-də yekun vurulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31