26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

"Nə Teymurda, nə də məndə üstünlük var idi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin VI turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Futbolxeber.az saytının məlumatına görə, Sumqayıt şahmat məktəbinin yetirməsi partiyanı belə şərh edib: "İstirahət günündən sonra yorğunluq hiss olunmur. Amma bunun oyunumuza təsiri yoxdur. Heç kimdə üstünlük yox idi. Fiqurları dəyişəndən sonra belə bərabərlik davam etdi".

Şəhriyar Məmmədyarov Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasına hazırlıq planının tərtib olunduğunu söylədi. Onun sözlərinə görə şahmatçılarımız mötəbər yarışda məsuliyyəti dərk edir: "Hazırlıq barədə federasiya rəsmiləri danışsa daha yaxşı olar. Milli komandamız məsuliyyəti başa düşür. Biz bilirik ki, çox çətin yarışdır. Əlimizdən gələni edəcəyik ki, şahmatsevərləri sevindirək. Olimpiadaya hələ vaxt var, ona görə indidən proqnoz vermək istəməzdik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30