26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Karyakin: "Raufun gözləmədiyi gedişi etdim"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakin Rauf Məmmədovla heç-heçə oynayıb. Futbolxeber.az saytının məlumatına görə, partiyadan sonar Karyakin nəticədən razı qaldığını deyib: "Rəqibin gözləmədiyi gedişi etdim. Əvvəlcədən hazırlaşdığım taktikanı işlətdim. Heç-heçə ədalətli nəticədir. Çünki, bu oyunu ağlarla oynamışam. Ona görə də heç-heçəylə başa çatdığını bilirəm. Məmmədov yaxşı şahmatçıdır, çox diqqətli oynayırdı".

Dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə görüşəcək Karyakin Şəmkirdə qarşılaşdığı qonaqpərvərliyi qeyd etməyi unutmadı: "Şəmkirdəki turnir dostum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqar hər zaman bizimlədir. Məhz bu amil Şəmkir yarışının önəmliyini artırır. Təşkilatçılar onun adına layiq yarış təşkil edib. Təşkilatçılıq yüksək səviyyədədir, buna görə də təşəkkür edirəm".

Sergey Karyakin futbol üzrə Avropa çempionatında Rusiya yığmasına azarkeşlik etdiyini vurğuladı. Onun sözlərinə görə Rusiya Avro-2016-da layiqli oyunla fərqlənəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30