26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Teymur Rəcəbov: "Üç turdan sonra turnirdəki nəticə haqda danışmaq tezdir"

ShamkirChess2016 turnirində III turun görüşləri davam edir. Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Oyunda üstünlük yox idi. Bərabər səviyyəli oyun getdi. Ardıcıl üçüncü heç-heçə qaçılmaz oldu. Ümumiyyətlə turnirə 3 turdan sonra qiymət vermək tezdir. Bütün görüşlərdə heç-heçə oynamışam. Fikrimcə qarşıdakı görüşlərdə daha maraqlı oyun olacaq".

Jurnalistlərin uzun müddət heç bir yarışda iştirak etməməsiylə bağlı suala Teymur Rəcəbov belə münasibət bildirib: "Uzun müddət oynamamağımın heç bir xüsusi səbəbi yox idi. Sadəcə bir güclü yarışdan dəvət gözləyirdim. Amma dəvət gəlmədi, belədə planlarım pozuldu. Şahmatda belə hallar olur. Bir müddət oynamadığm kimi ola bilər ki, bir zaman ardıcıl yarışlarda iştirak edim".

FİDE Qran-Pri seriyasının yeni mövsümünə gəlincə Azərbaycan şahmatçısı bu yarışın keçirilməsini yüksək qiymətləndirdi: "FİDE Qran-Pri turniri yüksək səviyyədə olan turnirdir. Bir müddət sponsorlarla bağlı problemləri var idi. Ona görə keçirilməsi sual altında idi. Böhran təsir etmişdi. Sevindirici haldır ki, yeni mövsümdə də Qran-Pri baş tutacaq. Çox maraqlı yarışdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30