26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Cüdoçularımız Almaniyada

Sabah Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirinə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, 3 gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.

İlqar Müşkiyev, Şahin Qəhrəmanov zədəli olduqlarına görə Düsseldorf turnirində iştirak etməyəcəklər.

Almaniya Qran-Prisində ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq.

İki gündür yarışın keçirildiyi şəhərdə məskunlaşan cüdoçularımız milli komandanın baş məşqçisi Piter Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər.

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birlikdə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Nicat və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30