26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Daha 2 rayon məktəblilərinin yarışı keçirilib

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə "Şağan" Olimpiya İdman Kompleksində Xəzər və Pirallahı rayonlarının orta məktəbləri arasında rayon çempionatı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 30 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, Pirallahı rayonu məktəbləri arasında 1-ci yerə 235 saylı orta məktəbin komandası layiq görülüb. 243 və 108 saylı məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Xəzər rayonu məktəblərinin mübarizəsinə gəlincə, 26 saylı orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. 2-ci yerə 92, 3-cü yerə isə 183 saylı orta məktəbin komandası layiq görülüb.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30