26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Yeni ölkə çempionları məlumdur

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim-planına uyğun olaraq Respublika Velotrekində temp növləri üzrə ölkə çempionatı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, bir gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 80 idmançısı iştirak edib.

Elit kateqoriyada mübarizə aparan kişilərin 4 km məsafəyə komanda ötüşməsi heyəti Məhəmməd Ələkbərov, Kərim Şirəliyev, Cəmşid Qasımov və Musa Mikayılzadədən ibarət "Lokomotiv" klubunun qələbəsilə başa çatıb. Bu növdə 3 km məsafəyə yarışan İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin 17 yaşadək velosipedçiləri Bakir Dadaşov, İvan Orlov, Samir Şıxəlizadə və Rövşən İsmayılov, həmçinin 2 km məsafəyə mübarizədə 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri David Proherkus, Fədail Mahmudov, Emil Əliyev və Ramin Əliyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xalla qrup ötüşməsində "Lokomotiv" klubunun təmsilçisi Kərim Şirəliyev Elit kateqoriyada hamını qabaqlayıb. 17 yaşadək velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Bakir Dadaşov hamıdan güclü olub. O həmçinin 2 km məsafəyə fərdi ötüşmədə də rəqiblərini özündən irəli buraxmayıb. "Lokomotiv" klubunun digər nümayəndəsi Məhəmməd Ələkbərov isə Elit yaş qrupunda fərdi ötüşmələrin qalibi olub. 15 yaşlılar arasında 8 saylı İdman Olimpiya Məktəbindən David Proherkusa çatan olmayıb.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30