26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Azərbaycan çempionları müəyyənləşdi

Bakı-2015 ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul etmiş Dağ Velosipedi Parkında idmanın bu növü üzrə Açıq Azərbaycan Çempionatı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə peşəkar idmançıları ilə yanaşı, həvəskar velosipedçilər də mübarizə aparıb.

Yarış zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurublar. Nəticələrə gəlincə, 15 və 17 yaşadək idmançılar arasında Vüqar Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı 2 yeri David Proherkus və Yusif Abdullayev tutub.

Elit, U-23 və gənclər arasında Aqşin İsmayılov finiş xəttini birinci, Orxan Məmmədov isə ikinci keçib. İlk üçlüyü Musa Mikayılzadə tamamlayıb. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30