26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

“Azərbaycan 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır”

 “Bakı-2015” ilk Avropa Oyunlarının təşkilatçılığının səviyyəsi göstərdi ki, Azərbaycan 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri San-Marinonun Milli Olimpiya Komitəsinin baş katibi Eros Bologna birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən söyləyib. O deyib: “Müxtəlif ölkələri təmsil edən çoxsaylı idmançıları bir araya gətirən bu yarışlar Azərbaycana öz potensialını nümayiş etdirmək imkanı verdi”.

“Bakı-2015”də iştirak etmiş San-Marino nümayəndə heyətinin rəhbəri Federiko Valentini isə ilk Avropa Oyunlarının onda böyük təəssürat yaratdığını bildirib: “İlk Avropa Oyunları ən yüksək qiymətə layiqdir. Atletlər Kəndinə çatan kimi yüksək səviyyəli xidmətin şahidi oldum. Burada hər cür şərait var idi. İdmançıların hamısı keyfiyyətli ərzaq məhsulları və rahat nəqliyyat vasitələri ilə təmin olunmuşdu. Oyunların keçirildiyi 17 gün ərzində hər şəy ən yaxşı səviyyədə təşkil edilmişdi. Azərbaycanda gələcəkdə də təşkil olunacaq mötəbər idman tədbirlərində məmnuniyyətlə iştirak edəcəyik. Bu tarixi tədbirin iştirakçısı olduğum üçün özümü çox şanslı hesab edirəm. İlk Avropa Oyunları yaddaşımda heç vaxt unutmayacağım izlər buraxdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30