26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Zəkiyev gözünün nurunu bu Vətən üçün fəda verdiyi üçün onunla fəxr edirik”

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin qatıldığı görüşdə yarışın XV günündə, yəni dünən medal qazanan idmançılar iştirak ediblər.

MOK rəsmisi qızıl mükafat qazanan Elvin Məmişzadə (boks, 52 kq), Lorenzo Sotomayor (boks, 64 kq) və İlham Zəkiyev (paracüdo, +90 kq), gümüş medalçı Səbinə Abdullayeva (paracüdo, 57 kq), həmçinin bürünc mükafat qazanan Zakir Mislimovu (paracüdo, +90 kq) mükafatlandırıb.

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə paracüdo yarışında qızıl medal qazanan İlham Zəkiyevin uğurunu xüsusi vurğulayıb: “İlham Zəkiyev dünənki çıxışı ilə hər kəsə həyəcanlı anlar yaşatdı. Cənab prezident İlham Əliyev də onun sevincinə şərik oldu. Zəkiyev gözünün nurunu bu Vətən üçün fəda verdiyi üçün onunla fəxr edirik”.

Hüseynzadə, həmçinin bu gün də idmançılarımızdan medallar gözlədiklərini söyləyib.

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30