26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Çempionumuz: “Qızıl medalı mənə prezidentimiz təqdim etdiyi üçün ikiqat xoşbəxtəm”

“Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də o medalı mənə cənab Prezidentimiz İlham Əliyev təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt hiss edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində "Bakı-2015" birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycan xalqına qələbə sevinci yaşadan ilk qızıl mükafatçımız Teymur Məmmədov deyib.

Final qarşılaşması barədə danışan Avropa Oyunlarının qalibi qeyd edib ki, döyüş o qədər də ağır keçməyib və rəqibindən güclü olub.

Gələcək planları barədə danışan Avropa Oyunlarının çempionu, məşqlərini davam etdirəcəyini vurğulayaraq deyib: "Qarşıma məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.

Teymur Məmmədov deyib: "Məni bu günə qədər dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu qələbəmdə azarkeşlərin də payı var. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, yalnız qələbə uğrunda mübarizə aparıb çempion olmalıyam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30