26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Bir atəşlə dünya rekordunu qırdı

Dünyanın iki nömrəli oyunçusu Petra Zublasinq (İtaliya) “Bakı 2015”də atıcılıq üzrə qadınlar arasında ilk qızıl medalı qazanıb. Futbolxeber.az-ın məlumatına görə, qadınların çıxışını izləməyə gələnlər arasında bir gün əvvəl gümüş medal qazanmış Nikola Kampriani da vardı. Bu da təsadüfi deyildi. Çünki Zublasinq və Kampriani altı ildir ki, bir yerdədirlər. Onlar bazar ertəsi qarışıq komandada 10m məsafədə hava tüfəngi ilə atəş yarışlarına başçılıq edəcəklər.

“Keçən il qarışıq yarışlarda biz eyni komandada deyildik. O qalib olmuşdu, mən uduzmuşdum. Uzun müddət birlikdə olmağımıza baxmayaraq, fərqli xarakterlərimiz var. Mən daha hirsliyəm, Nikola isə mühafizəkardır. Elə ona görə biz yaxşı cütlüyük, çünki bir-birimizi tamamlayırıq” - deyə, Petra Zublasinq bildirib.

Onun rəqiblərindən biri, gümüş medalçı Lorens Briz (Fransa) olub. Zublasinq ondan 10.1 xal ilə irəlidə idi. Briz iki ay əvvəl ana olub. 

O, Fransa üçün 2016 Rio oyunlarında kvota yerini tutmaqda iddialıdır: “İki ay əvvəl uşağa görə yarışları və məşqləri dayandırmışdım. Bakıya gəlməmişdən əvvəl məşqlərə yalnız bir ayım var idi. Mən hədəfi nişan aldıqda körpəm haqqında fikirləşmirəm, amma o, mənim ürəyimdədir. Sadəcə, çox rahat oluram və atəş açıram. Sonra isə onun haqqında düşünür və deyirəm ki, bunu körpəmə həsr edirəm”.

Zublasinq uzanaraq  15 atəş mərhələsində ikinci yerdədir. O, beş mərhələnin üçündə irəli çıxaraq üstünlüyünü göstərmiş oldu və 6.3 xalla ayaqüstə atəş mərhələsində yüksək səviyyəni əldə etdi.

Zublasinqin 464.7 atəş xalı finalda ən yüksək nəticə oldu və 1.4 xalla dünya rekordunu yenilədi. 463.4 xal keçən ay Çanq Cinq (Çin) tərəfindən ABŞ-da Fort Beninqdə Dünya Çempionatı görüşündə təyin olunmuşdu.

Dünya çempionu Bet Qoss (Almaniya) finala çox zəif başladı və ilkin seçmə mərhələsində yalnız beşinci olaraq yer tuta bildi (baku2015.com). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30