26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

“Bakı-2015”: Həkimlərimiz rusiyalı idmançını ölümdən qurtardılar

Bakı-2015 I Avropa Oyunlarında 1000 metr məsafəyə kanoe yarışlarında İlya Pervuxinlə birlikdə gümüş medal qazanan rusiyalı idmançı Aleksey Korovaşkov ölümdən dönüb. Futbolxeber.az-ın məlumatına görə, o, finişdən sonra az qala bədbəxt hadisə ilə üzləşəcəkmiş. Belə ki, finiş xəttində rusiyalı idmançıların qayığı çevrilib. Xilasedicilər gələnə qədər idmançılar bir müddət soyuq suyun içində qalmalı olublar.

Nəticədə Korovaşkov suda boğulmaq təhlükəsi ilə üzləşib. Ancaq xilasedicilərin yardımından və son anda həkimlərin müdaxiləsindən sonra rusiyalı idmançının həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı danışan Korovaşkov həmin anları belə xatırlayıb: “Belarusluları qabaqlamaq üçün maksimum sürət yığdıq. Bu zaman qayıq çevrildi və İlya ilə birlikdə ikimiz də suya düşdük. Dərhal geyimimiz və idman ayaqqabımız islandı, əynimizdə daş kimi oldu. Gücümüz qalmamışdı. Hamı bizdən uzaqda idi. Qayığı tutmağa çalışdım, alınmadı. Hiss etdim ki, ayaqlarım donur. Başladım ingiliscə “kömək edin” qışqırmağa. Xilasedicilər 3 dəqiqə ərzində özlərini yetirdilər. Ancaq o müddət mənim üçün çox göründü”.

İdmançı bildirib ki, suda olduğu müddətdə xilas olacağına inanmayıb: “70 faiz suda boğulacağımı düşündüm. Ancaq həkimlər həyatımı xilas edərək, məni ölümdən qaytardılar. Onlara təşəkkür edirəm. Səhhətimlə bağlı heç bir problemim yoxdu, özümü normal hiss edirəm”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30