26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

"Bakı-2015: Karateçilərimiz günü 2 qızıl medalla başa vurdular (Yenilənib)

Bu gün “Bakı-2015”də karate yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, ikinci yarış günündə daha 6 dəst medalın sahibi bəlli olacaq.

KUMİTE

Kişilər

84 kq

Bu çəkidə mübarizə aparan Ayxan Mamayev qrupda yunanıstanlı Georgios Mixail Tzanosla heç-heçəyə razıalşıb. Daha sonra isə ukraynalı Yaroslav Harun və fransalı Kenyi Qrillona qalib gələrək yarımfianal çıxıb. Burada da kosovalı rəqibini üstələyən karateçimiz finala yüksəlib. Həlledici qarşılaşamada yunan rəqibini üstələyən təmsilçimiz ölkəmizə beşinci qızıl medalı qazandırıb. 

+84 kq

Millimizin kapitanı Şahin Atamov əvvəlcə türkiyəli Ərkan Enesə, daha sonra makodeniyakı Martin Nestorovskiyə uduzub. Son turda o, yunan Spiridon Marqaritopulosa da yenilərək mübarizəni erkən dayandırıb. 

Qadınlar

68 kq

Milliləşdirilmiş karateçimiz İrina Zaretska  qrupda ispan Kristina Vizkaino və yunanıstanlı Vasiliki Panetsiduya qaib gəlib. Avstriyalı Teresa Alisa Bukingerə uduzmasına baxmayaraq, təmsilçimiz yarımfinala adlayıb. Bu mərhələdə Monteneqronu təmsil edən Marina Rakoviçi də üstələyən təmsilçimiz finala yüksəlib. Həlledici qarşılaşmada o, avstriyalı karateçi ilə üz-üzə gəlib. Rəqibini 8:1 hesabı ilə darmadağın edən idmançımız ölkəmizə yarışlarda 4-cü qızıl medalı qazandıb.

+68 kq

Aytən Səmədli Masa Martinoviç (Xorvatiya), Nadege İbrahim Ait (Fransa) və Hana Antunoviçə (İsveç) uduzaraq, mübarizəni dayandırıb. 

KATA

Kişilər

Tural Balcanlı ilk döyüşündə türkiyəli Yakan Mehmetə uduzub - 0:5. Təmsilçimiz ikinci döyüşündə fransız Dak Minla da bacarmayıb. Son döyüşündə rumın Quta Adriananı məğlub etsə də, təmsilçimiz yarımfinala yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qadınlar

Adilə Qurbanova almaniyalı Jasmin Bleulə, türkiyəli Dilarə Bozan və xorvat Vlatka Kiuklə uduzmaqla mübarizəni başa vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30