26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Bakıda diz çökən erməni güləşçinin məşqçisi: “5-ci yer pis nəticə deyil”

“Roman Amoyan sona qədər mübarizə apardı. Ondan nə asılı idisə, hamısını etdi. Amma zədəsi ona mane oldu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Samvel Qevorqyan deyib.

I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çıxış edən Ermənistan idmançısı Roman Amoyan yarışları əliboş tərk edib. Bürünc medal uğrunda görüşdə həmyerlimiz Elman Muxtarovla qarşılaşan erməni güləşçisi böyük hesabla (1:9) uduzub.

Bununla bağlı ölkəsinin mətbuatına fikirlərini bölüşən Qevorqyan yetirməsinin məğlubiyyətini belə şərh edib: “Birinci görüşdə Romanın barmağı qırıldı. Biz onun yarışdakı çıxışından razı qaldıq. Sizi əmin edirəm ki, zədəsi olmasaydı, Amoyan vətənə mütləq medalla qayıdardı. Yarışdan sonra Roman müayinədən keçdi. O, yarışda 5-ci yeri tutdu. Bu, Avropa Oyunlarında pis nəticə deyil”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30