26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

ABŞ-da “Bakı-2015”ə həsr olunan poçt markası hazırlanıb

ABŞ-da fəaliyyət göstərən “AzeriAmerika” diaspor təşkilatı “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində “Bakı-2015” birinci Avropa Oyunları” sözləri yazılıb.

Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.

“AzəriAmerika” təşkilatı 2009-cu ildə ABŞ-ın Konnektikut ştatının Farmington şəhərində təsis edilib. Təşkilat həmin ildən ABŞ-Azərbaycan, ABŞ-Kanada əlaqələrinə dair ən son xəbərləri azəriamerika.com saytı vasitəsilə yayımlayır. Təşkilatın təsis olunmasında başlıca məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, dilinin, adət-ənənəsinin, həyat tərzinin və qabaqcıl siyasətinin təbliğ olunmasıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30