26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Bakı-2015"in məşəli Heydər Əliyev Mərkəzində

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, iyunun 10-da səhər saatlarında məşəl Milli İncəsənət Muzeyinə aparılıb. Məşəli Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov daşıyıb.

Sonra alov Heydər Əliyev Mərkəzinə gətirilib. Məşəli Mərkəzdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov gəzdirib.

Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Məşəlçi Ömər Eldarov təəssüratlarını bölüşərək bildirib: “Birinci Avropa Oyunları həyatımda əhəmiyyətli hadisədir. 87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram. Mən və digər məşəlçilər ilk dəfə keçirilən Avropa Oyunlarının məşəlini qəbul edib daşıdığımıza görə qürur duyuruq”.

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb. Gün ərzində məşəl AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına və YARAT Müasir İncəsənət Mərkəzinə aparılacaq.

Aprelin 26-da qədim od məbədi olan Atəşgahda start götürən məşəl Azərbaycanın 60 rayonunu gəzib-dolaşdıqdan sonra iyunun 7-də paytaxta gətirilib. Artıq dörd gündür Bakıda olan alov şəhərin bir sıra əsas məkanlarında, idman arenalarında, tarixi və mədəniyyət obyektlərində olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30