26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015” üçün tikilən idman obyektləri möhtəşəmdir”

Böyük Britaniyanın 17 yaşlı qızlardan ibarət su polosu komandasının baş məşqçisi Nik Buller Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə fikirlərini www.waterpoloworld.com saytı ilə bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi birinci Avropa Oyunları üçün Bakıda inşa olunmuş idman obyektlərinin möhtəşəm olduğunu deyib. “Komandamızda böyük ruh yüksəkliyi var. Bakıda yeni inşa olunan idman obyektləri olduqca gözəldir və burada yarışmaq bizə əlavə üstünlük verir”, - deyə N.Buller bildirib.

Saytda, həmçinin birinci Avropa Oyunlarına hazırlıq işlərindən də bəhs edilir: “Azərbaycanda birinci Avropa Oyunları üçün 68 min tamaşaçı yerlik Olimpiya Stadionu tikilib. İdmançılar üçün Atletlər Kəndi inşa olunub. Su polosu yarışları 12-21 iyun tarixlərində altı idman obyektində keçiriləcək. Xüsusi “Bakı-2015” avtobusları idmançılara xidmət edəcək, onları Su İdmanı Sarayına aparacaq”.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30