26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Mərakeş mətbuatı da “Bakı-2015”dən yazır

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları haqqında növbəti məqalə dərc olunub. Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə “Bakı-2015”-in əhəmiyyətindən, hazırlıq işlərindən, Prezident İlham Əliyevin iştirakı ilə Avropa Oyunları məşəlinin yandırılması mərasimindən, məşəlin ölkənin bölgələrini gəzib-dolaşmasından bəhs edilir, açılış mərasimində onun Bakı Olimpiya Stadionuna gətiriləcəyi diqqətə çatdırılır.

Bildirilir ki, 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Xatırladaq ki, “Bakı-2015” Avropa Oyunlarına dair birinci məqalə qəzetin 8 may tarixli nömrəsində dərc olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30