26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Portuqaliya nümayəndə heyəti ölkəmizə gəlib

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar.

Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş hava limanında jurnalistlərə müsahibəsində ölkəsinin yarışlara 100 idmançı ilə qatılacağını bildirib: "Biz olkəmizin ən yaxşı idmançılarını birinci Avropa Oyunlarına gətirəcəyik. Portuqaliyaya bir neçə medalla qayıtmağa çalışacağıq”.

Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçmiş jurnalistlərin bir qrupu da Azərbaycana gəlib. Jurnalistlər xüsusi avtobuslarla Media kəndinə yola salınıb.

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayanadək gün ərzində fasiləsiz fəaliyyət göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30