30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

III “Neftçili Yay” Futbol Düşərgəsində 2-ci qrup mükafatlandırıldı

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsində 2-ci qrupa yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub.

Uşaqlara sertifikat və hədiyyələri “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov və köməkçi məşqçi Rəşad Abdullayev təqdim edib. III “Neftçili Yay” Futbol Düşərgəsində 3-cü qrupa sabah start veriləcək.

Qeyd edək ki, pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir.

Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30