26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

“Top Resa” sərgisində ölkəmizi "Bakı" təmsil edir

Bu gün Fransanın paytaxtı Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi öz fəaliyyətinə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, dünyanın bir çox ölkələrindən gələn qonaqlar tərəfindən maraqla izlənilən sərgidə ölkəmiz də təmsil olunur. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın idman sektorunu "Bakı" təmsil edir. Kluba aid stendə Azərbaycan, "Bakı" və "Lans" futbol klubları haqqında maarifləndirici video çarxlar nümayiş etdirilir, eləcə də müvafiq təşviqat yönümlü məhsullar sərgilənir. Sərginin ilk günündən sərgi iştirakçıları və qonaqlar “zolaqlılar”a məxsus guşəni xüsusi maraqla izləyirlər.

Onu da əlavə edək ki, sərgi 27 sentyabr tarixinədək davam edəcək. İki gün sonra isə “Port de Versal” Mədəniyyət və turizm kompleksində “Bakı” və “Lans” arasında Əməkdaşlığ sazişinin təqdimetmə mərasimi keçiriləcək. Tədbirdə "Bakı" və "Lans" klublarının yüksək səviyyəli rəhbərliyinin, futbolçularının, Azərbaycan və Fransanın kütləvi informasiya vasitələrinin, Fransanın Olivye Dakur, Jan Pyer-Papen kimi tanınmış futbol simalarının da iştirakı gözlənilir.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30