26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Minifutbol

Türkiyə Futbol Federasiyasından Azərbaycana təşəkkür

Türkiyə Futbol Federasiyası (TFF) Avro-2020-nin qrup mərhələsində milli komandanın Bakıda keçirdiyi iki oyuna görə Azərbaycana təşəkkür edib.

Futbolxeber.az saytının məlumatına görə, "Təşəkkürlər Qardaş Azərbaycan” başlıqlı minnətdarlıqda deyilir:

“Dost və qardaş ölkə Azərbaycan Avro-2020 dönəmində və Bakıda keçirdiyimiz iki oyunda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq, mükəmməl bir qardaşlıq ruhu göstərdi. A milli komandamız, federasiyamız və bütün türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qonaq edən Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Uelslə matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, bütün qurum və təşkilatlara örnək ev sahibliyinə görə təşəkkür edirik. Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin ildən-ilə davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, "ay-ulduzlular" Avro-2020-nin qrup mərhələsində Romada İtaliyaya (0:3), Bakıda isə Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olaraq turnirlə vidalaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30