26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

"Kəpəz"in keçmiş futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi

“Kəpəz”in sabiq üzvü, Trinidad və Tobaqo yığmasının futbolçusu Şadon Vinçester faciəvi şəkildə dünyasını dəyişib.

Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, o, avtomobil qəzası nəticəsində həlak olub.

Qəza futbolçunun vətənində, Qasparilo şəhərinin yaxınlığında baş verib. 27  yaşlı futbolçunun yer aldığı avtomobil idarəetmənin itirilməsi nəticəsində dirəyə çırpılaraq yanıb. Maşında Vinçesterdən başqa daha 3 nəfər həlak olub.

Qeyd edək ki, 2018-ci ilin fevralında “Kəpəz”ə transfer olunan Şadon Vinçester mayın sonuna qədər icarə əsasında bu klubda força geyib. O, Gəncə klubunun heyətində 8 oyuna çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30