26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Tovuzda Ümummilli liderin xatirəsinə həsr olunmuş futnet turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətinə həsr olunmuş qərb bölgəsi üzrə futnet turniriniə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Tovuz Olimpiya İdman Kompleksində keçirilən yarış olimpiya sistemi üzrə baş tutub. Gərgin keçən pley off mərhələsindən sonra bürünc medal uğrunda oyunda “Qazax” və “Gəncə 020” komandaları üz-üzə gəlib. Qələbəni bayram edən gəncəlilər bürünc medallara sahib olublar. Finalda Tovuzun 2 təmsilçisi “Tovuz” və “Turan” qarşılaşıb. Daha üstün oyun sərgiləyən “Turan” çempionluğu bayram edib.

Mükafatlandırma mərasimində AFNA-nın prezidenti Vüqar Xəlilov,  Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Bayramova, Tovuz Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov, veteran futbolçular  Ruslan Abbasov, Elxan Abdıyev, Nizami Sadıqov, Eltay Aslanov, Samir İsmayılov və digərləri iştirak ediblər. Qaliblərə medallar, diplom və kuboklar təqdim olunub. Yarışın keçirilməsində və futtnet idman növünün inkişafında göstərdikləri dəstəyə görə də Süleyman Tağıyev, Kərim Kərimov, Mübariz Məmmədova fəxri fərman təqdim olunub.

Qeyd edək ki, mükafatçılar sırasına düşəcək komandalar may ayının 27-28-i tarixlərində Bakıda keçiriləcək super finala vəsiqə qazanacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30