26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

“Maşallah Əhmədov mənə 350 min manat ziyan vurub”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Futbolxeber.az saytının virtualaz.org-a istinadən verdiyi məlumata görə, prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib. O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib. Buna görə də dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verib: "Dostum dedi ki, oğlu da Maşallah Əhmədocun yanında işləyir. Görüşdük, dedi “15 min manat versən, Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldərəm”. Maşallah Əhmədov dedi ki, oğlumu xaricdə oxumağa göndərəcək. Mən də pulu verdim.

Bir müddət keçdi. Dövlət Neft Şirkətinə getdik. Maşallah Əhmədov kadrlar şöbəsinin rəisinin yanına girib deyib ki, “bu uşağı işə düzəltmək lazımdı”. Onlar da deyiblər ki, “CV-ni gətirsin”. Neçə il keçdi iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə, mənə başqa işlərlə bağlı da söz verdi, etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı, qaytarmadı".

M.Əhmədov zərərçəkmişin düz danışmadığını deyib: "Bu adam bilmirdi ki, o daş İranda neçəyədi, Bakıda neçəyə satılır. Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim, get özün sat. Neçə ay keçdi sata bilmədi. Heç bir şeyi düz danışmadı".

M.Əhmədov ittihamı qəbul etmədiyini deyib.

Daha sonra iclasda Y. Əzizovun oğlu Nizami Əzizov ifadə verib. O da atasının dediyini təsdiq edib.

Daha sonra şahid qismində Qaçay Əliyev ifadə verib. O da M. Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib.

Proses noyabrın 1-də davam etdiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30