26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Minifutbol

Mariya Durundadan boksçumuza dəstək

Rio Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu, 2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov ukraynalı Denis Solonenkonu məğlub edərək, 1/8 finala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində döyüşən boksçumuza dəstək olmaq məqsədilə həmin gün çıxışları olmayan digər Azərbaycan idmançıları da arenaya gəliblər. Azərbaycanın müxtəlif növlərdə çıxış edən idmançılarının arasında bədii gimnastika üzrə yığma komandamızın lideri, Avropa Çempionatının və Avropa Oyunlarınınn mükafatçısı Mariya Durunda da olub. O, arenaya Azərbaycan bayrağı ilə gələrək, döyüşün sonuna qədər boksçumuza dəstək olub. Gimnast bu dəfə idmançı yox, azarkeş kimi boksçumuzun qələbə qazanmasına mənəvi cəhətdən yardımçı olmaq məqsədilə fəallıq göstərib.

Azərbaycan idmançılarının belə həmrəylik göstərməsi digər nümayəndə heyətləri, idmançılar və azarkeşlər tərəfindən maraqla izlənilib və alqışla qarşılanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30