26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Futzal

“Yaxşı oynayıb uduzanda heç kim bizi təbrik etmir”

"Cəmi 5 gün əvvəl Bakıda bu komandanı 5:1 hesabı ilə məğlub etmişdik. Görünür, həmin qarşılaşmada qazandığımız üstünlük müəyyən qədər arxayınlığa səbəb oldu. Üstəlik, hesabı açdıq, rəqib qapısından 3 cavabsız top keçirdik".

Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov federasiyanın rəsmi saytına açıqlamasında səfərdə Moldovanı 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

31 yaşlı hücumçu qələbədə qapıçı Rövşən Hüseynlinin əməyinin olduğunu bildirib: "Fikirləşirdik ki, asan olacaq. Amma sonrakı dəqiqələrdə bunun əziyyətini çəkdik. Yaxşı ki, üstünlüyümüzü əldən vermədik. Bu işdə hamımızdan çox Rövşənin əməyi var”.

Çovdarov nəticənin hər şeydən vacib olduğunu vurğulayıb: “İstədiyimiz nəticəni əldə etdik. Keçirdiyimiz 4 oyunun hamısında maksimum xal qazanmışıq. Yaxşı oynayıb uduzanda heç kim bizi təbrik etmir. Baş məşqçi zəif oynadığımızı düşünürsü, məncə, bu hesabdan irəli gəlirdi. Həm də ölkə xaricində oynayan futzalçılarımız qısa vaxtda komanda ilə birgə məşq edirlər. Bu müddətdə isə taktiki tapşırıqları mənimsəmək mümkün deyil".

Futzalçı vurduğu qoldan da danışıb: "Oyuna daxil olanda çox istəkli idim. Birinci hissədə meydana çıxmamışdım. Sonra şans verildi, biz də təcrübəli futzalçılarıq, meydana niyə çıxdığımızı bilirik. Bu bayrağı yüksəltmək üçün hər zaman ən yaxşısını etməyə hazırıq. Vurduğum qolu isə azarkeşlərimizə hədiyyə edirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30