26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Milinko Pantiç: “Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik”

“Çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun haqda klubun rəsmi saytına danışan Pantiç paytaxt derbisində heç bir komandanın favorit olmadığını qeyd edib: “Sabahkı oyunda heç bir komandanı favorit saymaq olmaz. Hər iki kollektivin çox güclü heyəti var. Statistikaya əsasən daxili çempionatda “Bakı”nın “Neftçi”ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. “Neftçi”nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaq. Hər biri də “Bakı”ya qarşı daim döyüşməyə hazırdı. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq. Bundan əvvəl televiziyada dumanlı görünən “Xəzər Lənkəran” - “Neftçi” görüşünü izlədim. Hərçənd mübarizəni daha aydın görə bilmədim. Amma orda başverənlər Azərbaycan futbolu üçün böyük zərərdi. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir. “Bakı”ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividi və bu kimi hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdi ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30