26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Xəzər Lənkəran”: 10-cu qələbə üçün

“Xəzər Lənkəran”ın “Neftçi”yə qarşı indiyədək baş tutan 31 oyundan 27-si çempionat, 3-ü kubok yarışlarına, eləcə də 1 oyun Superkuboka təsadüf edib. Futbolxeber.az-ın məlumatına görə, ümumilikdə komandalar 13 matçın sonunda meydandan heç-heçə ilə ayrılıblar. Bunların 11-i çempionat, 2-si kubok çərçivəsində tabloya həkk olunub. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin ümumi 9 qələbəsi var.  Çempionatın növbəti turunda qazanılacaq qələbə yubiley - 10-cu olacaq. Vurulan qollarda isə bakılıların üstünlüyü var - 33:28.

 Qələbələrini yalnız çempionatda əldə edən bakılılar 9 dəfə 3 xala sevinib. Bir qələbəsi Azərbaycan kubokuna, bir qələbəsi Superkuboka təsadüf edən “Xəzər Lənkəran”ın qazandığı oyunların 7-si çempionat çərçivəsində baş tutub.

“Neftçi” ilə ev oyunlarında “Xəzər Lənkəran” böyük üstünlüyə malikdir. Öz meydanında 6 qələbə qazanan və eyni sayda heç-heçə edən Lənkəran təmsilçisi cəmi 2 dəfə doğma azarkeşlərinə məğlubiyyət acısı yaşadıb. Sonuncu dəfə evdə alınan məğlubiyyət 2007-ci ilə təsadüf edib. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 7 top vurub.

“Böyük oyun”larda vurulan 61 qola 41 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 21, “Neftçi”nin 20 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb.

Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 7 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır - 3 qol. Bahodir Nasimov cənubluların qapısına eyni sayda qol vurub. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla “Xəzər Lənkəran”ın, Nikolas Kanales və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30