Ölkə futbolu
Hakimləri söyməyin! YAZI
Səfər təəssüratlarından yazmaqdan həmişə zövq almışam. Kim istəməz ki, gəzdiyi yerlərdən, eşitdiyi maraqlı hadisələrdən, qarşılaşdığı qeyri-adi vəziyyətlərdən ağızdolusu danışmasın. Bəndəniz də belələrindəndi. Hər dəfə istər klublarımız, istərsə də milli ilə hansısa ölkəyə yollandıqda təəssüratlarımı yazı vasitəsilə bölüşməyə çalışmışam. Bu dəfə də istisna olmayacaq.
PFL-in təşkilatçılığı ilə hakimlərimizin Antalyada keçdikləri hazırlıq prosesini işıqlandırmaq üçün oraya yollanan bir qrup mətbuat nümayəndəsinin tərkibində mən də vardım. Buna görə PFL rəhbərliyinə bəri başdan minnətdarlığımı bildirim ki, birdən yazının axırında yaddan çıxar, yaxşı alınmaz. İlk dəfə idi ki, Antalyaya yollanırdım. Buna kimi qardaş ölkədə cəmi 1 dəfə, o da yolüstü 2-3 saatlıq İstanbulda olmuşdum. Bu mənada türk qardaşlarımızın gün-güzəranı, yaşayış tərzi ilə tanış olmaq maraqlı idi. Nə olsun ki, televiziya vasitəsilə çox şeydən xəbərimiz var. Yüz baxmaqdansa, bir görmək yaxşıdı. Digər tərəfdən hələ səfərə çıxmamışdan öncə Antalyada olacağım 1 həftə ərzində darıxacağımdan əndişələnirdim. Təkcə ailəm üçün yox, həm də Bakıdan sarı. Zarafat deyil, indiyə kimi Vətəndən bu qədər ayrı düşməmişdim. Amma darıxmaq, demək olar ki, baş vermədi. Çünki, “istirahət”imiz gözlədiyimdən də maraqlı keçdi, bir sözlə darıxmağa əsas yox idi.
Antalyada olduğum müddətdə ən maraqlı məqam hakimlərin dərsləri idi. Etiraf edim ki, ilk dərsə candərdi, vaxt öldürmək üçün yollansam da, sonradan gördüm ki, bu məşğələlər tələbə vaxtlarında min bir bəhanə ilə canımı qurtarmağa çalışdığım “xətti cəbr” və ya “ehtimal nəzəriyyəsi” dərslərindən xeyli fərqlənir. Epizodların analizində jurnalistlərin hakimlərlə birgə iştirakı, qaydalarla bağlı aparılan polemikalar məşğələlərə əlavə rəng qatırdı. Xaqani Məmmədovun hakimlərin hazırlığını yoxlamaq üçün verdiyi testlərdə bizim də iştirakımıza şərait yaratmasını isə lap yerinə düşdü. Yeri gəlmişkən, iştirak etdiyim testlərin hamısında keçərli bal toplaya bildim. Hətta hakimlərdən biri zarafatla “qələmi at keç bizim tərəfə” deməsi təvazökarlıqdan uzaq olsa da, az-çox hakimlik istedadımın olmasından xəbər verirdi. Amma hərə öz bacardığı işlə məşğul olsa yaxşıdır.
Etiraf edim ki, bu vaxta kimi həmişə hakimləri və Hakimlər Komitəsini etdikləri səhvlərə görə çox qınamışam. Bəlkə də referilərimizin hazırlığının aşağı olması ilə bağlı sərt ittihamlarla çıxış edən 4-5 mətbuat orqanından biri də “Het-trik news” olub. Dərslərin gedişatında məndə bu fikir kökündən dəyişdi. Yox, bu sözlərimlə hakimlərimizin etdiyi xətaları malalamaq fikrindən uğazam. Sadəcə, epizodların təhlili zamanı elə maraqlı məqamlar ortaya çıxırdı ki... Məsələn, İngiltərə birinciliyində təyin olunan penalti epizodunda yerli federasiya hakimin qərarını düzgün olduğunu bildirsə də, UEFA-nın şərhində hakimin səhv etdiyi məlum olurdu. Və yaxud bizim çempionatda baş verən bir epizodda top braziliyalı legionerin əlinə dəyir və hakim penalti təyin edir. Braziliyalı qırmızı-qırmızı and-aman edir ki, top onun əlinə dəyməyib. Hətta həmin oyunun baş hakiminin dediyinə görə Qurana da and içir. Ay qardaş, sambaçı hara, Quran hara?
Bilirsiniz, nə vaxt boş qapıya vurulan zərbə rəqibin əlinə dəyərsə, penalti verilmir? Çoxlarınız deyəcəksiniz ki, heç vaxt. Mən də elə bilirdim. Təsəvvür edin ki, belə bir hal bizim çempionatda baş versin. Aləm dəyəcək bir-birinə. İçi biz mətbuat da qarışıq hamı dünyanı dağıdacaqdı ki, hakim bilərəkdən penalti vermədi. Amma qaydalara görə belə epizodlar mövcuddur. Bunu hakimlərdən başqa futbolçuların, azarkeşlərin və jurnalistlərin də bilməsi də vacibdir. Ona görə də, əvvəlcə qaydalardan xəbərdar olmaq lazımdır. Hakimləri söymək yox!
Bir həftə ərzində Antalyada məskunlaşan bir neçə komandamızın yoxlama oyunlarına baxmaq, hazırlıqları ilə tanış olmaq imkanı da qazandıq. Onlar arasında yaxşı mənada təəccübümə səbəb olan komanda “Simurq” oldu. Çixradzenin yetirmələrinin yoxlama oyunlarında sərgilədiyi futbol göz oxşayırdı. Ələlxüsus da, gənc Nicat Qurbanovun çıxışı. Əminliklə deyə bilərəm ki, 1-2 ilə Nicat millinin aparıcı futbolçularından birinə çevrilə bilər. Əgər bir çox “bərkgedən” futbolçularımız kimi ulduz xəstəliyinə tutulmasa. Prinsip etibarilə yoxlama oyunlarına baxdığım “İnter” və “Neftçi”də də işlər qaydasında gedirdi. Braziliyanın aşağı dəstə təmsilçisi olan “Umeao” ilə oyunda əsasən gənclərə üstünlük verməsinə baxmayaraq qələbə qazanan “bankirlər” birincilikdə yüksək yerlərə iddialı olduqlarını ortaya qoya biləcəklər. “Neftçi”də isə ən ürəkaçan məqam yeni transfer Samir Məsimovun çıxışı oldu. Yoxlama oyunlarında etdiyi driblinqlər və vurduğu qollarla “gözə giməy”i bacaran tovuzlu balası yəqin ki, çempionatda çoxlarına başağrısı olacaq. Təəssüf ki, “Qəbələ” haqda yaxşı fikirlər yazmağa əlim gəlmir. “Volqa” ilə oyundakı futbolla çətin ki, qəbələlilər indən belə ciddi uğura nail olsunlar. Hər halda oyun göstərməsələr də, transfer etməyi bacarırlar. Kamran Ağayevlə Marat İzmaylovu nəzərdə tuturam. Nə deyirik, xeyirli olsun! Digər komandalarımıza gəlincə, qonşu oteldə məskunlaşan “Rəvan”ın düşərgəsinə baş çəkməyə imkan olsa da, son 3 günün yağışlı keçməsi onlarla yanaşı, “Qarabağ” və “Xəzər Lənkəran” hazırlıqlarını izləməyə imkan vermədi.
“Qəbələ” - “Volqa” matçını tribunalardan Yuri Syominin xeyli tanınmış həmyerlisi izləyirdi. Onların arasında diqqətimi daha çox iki şəxs çəkdi. Biri Andrey Tixonov idi. Moskva “Spartak”ında oynadığı vaxtlar azarkeşi olduğum futbolçulardan biri olan Tixonovla söhbət etməklə yanaşı xatirə şəkli də çəkdirdim. Məlum oldu ki, həmkarlarımın əksəriyyəti bu futbolçunun azarkeşi imiş. Digər tanınmış futbol adamı isə “Terek”in prezidenti Xaydar Alxanov idi. Alxanov haqqında ilk dəfə geniş məlumatı Şahin Diniyevlə müsahibə götürərkən almışdım. Şahin müəllim onun haqqında ağızdolusu danışmışdı. Bu mənada Alxanovla söhbətləşmək ikiqat maraqlıydı. Söhbətimizin əsas mövzusu Azərbaycan futbolu və Diniyev idi. Səmimiyyəti ilə çoxlarından seçilən Xaydar müəllim sonda Şahin Diniyevə salam göndərməyi də unutmadı. Əlleykuma-salam!
Məskunlaşdığımız “Miracle” otelində də Rusiya futbolunun tanınmış simalarına rast gəlmək mümkün idi. Onlardan biri də SSRİ çempionatından yadımda qalan və həmişə karyerasını maraqla izlədiyim Aleksandr Borodyuk idi. Hazırda Moskva “Torpedo”sunu çalışdıran Aleksandr Henrixoviçlə söhbətimiz də maraqlı oldu, bir qədər keçmişi “qurdaladıq”, bir qədər bu gündən danışdıq.
Allah göstərməsin, görəsən 20 dəqiqə ərzində Antalyaya düşən yağış Bakıya yağsaydı axırımız necə olardı? Son 3 gündə havanın yağmurlu keçməsi Antalyanı gəzmək arzumu ürəyimdə qoydu. Düzü, cəmi 1 dəfə Bakıda suvenir gözləyən dost-tanışın yanında üzü qara olmamaq üçün şəhərə alış-verişə yollana bildim. Onda da əməlli-başlı islandım. Avtobusla şəhərə çatana kimi adamın lap ürəyi sıxılırdı. Yolboyu əmin oldum ki, türk arkadaşlar avtobus idarə etməyi bacarmırlar. Əsl sürücülər bizdədi. Avtobusu yolun solu ilə idarə etmədinsə, yerli-yersiz siqnal vermədinsə, üz-başın tüklü, bir əlin sükanda, bir əlin mobil telefonda olmadısa, damağında siqaret tüstüləmədisə, “Cancana”nın səsini salondakılara eşitdirmədinsə, qırmızı işıqda keçmədinsə... bunun nəyi sürücülük oldu? Hələ avtobusları demirəm. Antalyada avtobusa minəndə üst-başını təmizləyirsən ki, birdən salon bulanar. Bizdə isə avtobusdan düşəndə məcbursan özünü qaydaya salasan. Amma yenə də şükür bizim nəqliyyata. Cəmi 20 qəpiyə şəhərin bu başından o biri başına getmək olur. Antalyada isə 5-6 km yolu getmək üçün 2 lirəndən keçməlisən. Bu da bizim pulla edir 60-70 qəpik.
Antalyada məni ən çox təəccübləndirən məqamlardan bəlkə də birincisi gənclərin siqaret çəkməsi idi. Fərqi yoxdur oğlan ya qız. Zibil qutularındakı kötüklərin yarıdan çoxunda pomada izləri var idi. Hətta leysandan daldalandığım yerdə gənc qızın siqareti yandırmaq üçün yanındakı kişiyə “Baba çakmak (alışqan – red.) verirmisin?” sualını eşidəndə gözlərim qaşlarımdan yuxarı qalxdı. Bərəkallah! Qadasın alaram bizim millətin!
Düzü bir həftənin necə keçdiyini hiss olunmadı. Burada səfər yoldaşlarımında rolu böyük idi. Aslan Şahgəldiyev, Tural Xudiyev, Əli Sahib, Kənan Məstəliyev, Elçin Cəlilov, İlkin Xəlilov, Namiq Abbasov, Saleh Arslan, Rüstəm Piriyev, Elşən Məmmədov, Amal Abuşovla birgə darıxmaq olar? Hələ PFL prezidenti Ramin Musayevi demirəm. Ramin müəllimin tez-tez jurnalistlərə baş çəkməsi, maraqlı söhbətləri... Deyəsən hələ yaddaşım qaydasındadı - təşəkkürlər PFL!
İlqar TAĞIYEV, “Het-trik news”
(Bakı-Antalya-Bakı)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib