Ölkə futbolu
Daniel Subotiç: "Əsas rəqibimiz "Qarabağ"dır"
"Qəbələ"nin hücumçusu Daniel Subotiçin müsahibəsi.
- İlk dəfədir ki, "Qəbələ"nin heyətində təlim-məşq toplanışında iştirak edirsən. Hazırlıqlar necə gedir?
- Təlim-məşq toplanışı nəzərdə tutulduğu vaxtda başladı. Hazırlığın ilk həftəsi gündə iki məşq olmaqla davam etdi. Ondan sonra bir qədər fasilə yarandı. Yenidən həmin formada hazırlığı davam etdiririk. Məncə, bu düzgün addımdır. Bundan əlavə bir neçə yoxlama görüşləri də keçiririk. Mövsümün qalan hissəsinə yaxşı hazırlaşmağa çalışırıq.
- Məşqlərin birində zədələnmişdin. Hazırda özünü necə hiss edirsən?
- Ciddi bir şey yoxdur. Sadəcə, bir neçə gün istirahət etməli idim. Özüm də məşq edə bilərdim. Həkimlər zədəmin ağırlaşmaması üçün bir qədər dincəlməyimi məsləhət gördülər.
- Belə aydın oldu ki, "Volqa" ilə bugünkü yoxlama matçında iştirak etməyəcəksən...
- Xeyr, oynaya bilməyəcəm.
- Növbəti görüşdə necə, "Torpedo" ilə qarşılaşmada meydana çıxa biləcəksən?
- Həmin oyunda da iştirak etməyəcəm. Çünki məşqçilər korpusunun risk edəcəyini düşünmürəm.
- Komandanın mövsümün ilk yarısındakı çıxışını necə dəyərləndirərdin?
- Əla mövsüm keçirdiyimizi düşünürəm. Bu komandaya gəlməmişdən öncə mənə "Qəbələ"nin yüksək yerlər uğrunda mübarizə aparacağını demişdilər. Gözlənilən kimi də oldu. İlk yarıda oynadıq. Düzdür, çempionluq yarışındakı əsas rəqiblərimizdən olan "Qarabağ" və "Neftçi" üzərində qələbə qazana bilməsək də, ümumilikdə yaxşı oyun nümayiş etdirdik. Düşünürəm ki, ikinci yarıda bu oyunu davam etdirsək, çempion ola bilərik.
- Geridə qalan 18 turda sənin üçün ən yadda qalan oyun hansı oldu?
- "Simurq"la ev oyununu qeyd edərdim. Çünki həmin görüşdə iki qol vurdum və komandama vacib qələbə qazandırdım. Hansı ki, həmin oyunda hər kəs məndən çox şey gözləyirdi. Bu səbəbdən "Simurq"la matç mənim üçün ən yadda qalan oyun oldu.
- "Qəbələ"dən öncə Ukraynanın "Volın" klubunda oynamasan və keçirdiyin 23 oyunda cəmi 4 qol vurmusan. Lakin bu mövsüm "Qəbələ"nin heyətində çıxış etdiyin 13 görüşdə 7 dəfə fərqlənməklə artıq bombardirlər sırasında yer almısan. Bu fərqi nə ilə izah edərdin?
- Bu, oyun sisteminin fərqli olması ilə bağlıdır. Deməzdim ki, iki Premyer Liqa arasında böyük fərq var. Doğrudur, Ukrayna Premyer Liqası Azərbaycan çempionatından bir qədər öndədir. Ancaq mənim burada uğurlu çıxışımın səbəbi hansısa ölkə ilə əlaqədar deyil. Digər tərəfdən, məşqçilər korpusu mənə azadlıq verib. Üstəlik mənə yaradılan imkan da bunda əsas rol oynayır. Məsələn, Ukraynada məni tapşırıq verirdilər ki, iki mərkəz müdafiəçisini özünlə aparmalısan və digər hücumçular da qol vurmalıdır. Lakin "Qəbələ"də mənə sərbəstlik veriblər, nəticədə isə qol vururam.
- Komandanın bu mövsüm əsas hədəfi nədir?
- Qəbələdə yaşayan hər kəs, rəhbərlik, məşqçilər korpusu və bütün futbolçuların məqsədi birdir. Ən azı Avroliqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Hədəfin bir olması da, bizi uğura aparır. Hamımız buna can atdığı üçün fəaliyyətimiz də uğurlu alınır.
- "Qəbələ"də səndən başqa, Yannik Kamanan, Viktor Mendi və Abdulvahid Afolabi kimi hücumçular var. Əsas heyət uğrunda mübarizədə rəqabətdən çəkinmirsən ki?
- Rəqabətdən qorxuram, çəkinmirəm. Bura gəldiyim gündən rəqabətdə olmuşam. Əksinə rəqabət məni daha da irəli aparır və çox çalışmağıma şərait yaradır. İnanıram ki, mövsümün növbəti yarısında da uğurlu çıxımı davam etdirəcəm. Bütün komanda yoldaşlarıma böyük hörmətim var. Lakin kimliyindən asılı olmayaraq mən əsas heyətdəki yerimi heç kəsə vermək niyyətində deyiləm və buna imkan vermərəm.
- Bu mövsüm çempionluq uğrunda əsasən üç komanda - "Qarabağ", "Qəbələ" və "Neftçi" klubları mübarizə aparır. Lakin "İnter" və "Bakı"nı da hesabdan silmək düzgün olmaz. Çempionluq yolunda özünüzə ən çətin rəqib hansı komandanı görürsən?
- "Qarabağ"ı fərqləndirərdim. Düşünürəm ki, mövsümün sonuna qədər çempionluq yolunda mübarizə "Qarabağ" və "Qəbələ" klubları arasında gedəcək. Yəni, çempionluq yolunda əsas rəqibimiz "Qarabağ"dır. Qarşıdakı turlarda oyunların gedişatı da bunu bir daha göstərəcək.
- "Qarabağ" demişkən, Ağdam təmsilçisi Azərbaycan kubokunun 1/4 finalında da sizə rəqibdir.
- "Qarabağ"la çempionat oyununda iki dəfə qarşılaşmışıq, lakin təəssüf ki, hər ikisində məğlub olmuşuq. Lakin bu o demək deyil ki, biz zəif çıxış etmişdik. İlk görüşdə hesab 6:1 hesabı ilə bizim xeyrimizə nəticələnə bilərdi. Ancaq top rəqib qapıdan keçmədi. İkinci matçda ilk hissədə zəif oynasaq da, fasilədən sonra 3 qol vurmağı bacardıq. Hətta bunun davamını da gətirə bilərdik, lakin vaxtımız çatmadı. Bundan əlavə Premyer Liqa ilə kubok oyunları fərqli ab-havada keçir. Ola bilər ki, Premyer Liqada bir oyunda uduzub, sonrakı turda qələbə qazana bilərsən. Ancaq kubokda aydın məsələdir ki, məğlub oldunsa, mübarizəni dayandırırsan.
- Hər iki cəbhədə mübarizə aparmaq komanda üçün nə dərəcədə çətin olacaq?
- Məncə, kubok oyunları daha maraqlı və həyəcanlı olur. Ancaq bizim Premyer Liqa və ya kuboka üstünlük verəcəyimizi baş məşqçi söyləyə bilər. Hər iki cəbhədə meydanda var-gücümüzü qoyacağıq və uğur qazanmaq üçün əlimdən gələni edəcəyik.
qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq