26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Milinko Pantiç: “Ölüm-dirim savaşına hazır olmalıdırlar”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan M.Pantiç rəqibə hörmətlə yanaşdıqlarını qeyd edib: “Bu gün üçün ən çətin görüşümüzdür. Çünki, çempionatın lideri və ən yaxşı komandasına qarşı oynayacağıq. Bütün bunlar çox gərgin qarşılaşma və mübarizə vəd edir.

Rəqibə böyük hörmətlə yanaşıram. Amma “Bakı”nın da gözəl oyun göstərmək imkanları genişdir.

“Qarabağ”la ilk dövrədəki oyunun (0:3) ilk 45 dəqiqəsi burada olduğum müddətdə ən pis çıxışımız olub. Lakin sabahın tarixi, ab-havası başqa cür olacaq. İlk görüşdəki məğlubiyyətdən nəticə çıxarmışıq.

Meydana çıxacaq futbolçular ölüm-dirim savaşına belə hazır olmalıdırlar. Sabahkı qarşılaşmada Əfran İsmayılovun meydana çıxıb-çıxmayacağını bilmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30