30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"İmişli"nin şikayəti qismən təmin olundu

Apellyasiya Arbitraj Tribunalı 1-ci liqada mübarizə aparan "İmişli"nin şikayətini qismən təmin edib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tribunal AFFA İntizam Komitəsinin “İmişli” ilə bağlı qərarını dəyişdirib.

Belə ki, 20-ci turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib. Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

"İmişli"nin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

Qeyd edək ki, “Mingəçevir” - “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30